Qəza Bakı dairəvi yolunda sıxlığa səbəb olub
Yasamal rayonu, Bakı dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.
ERAmedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.










