media-300d1539170849182694468593010563418

“Obyektivlik faktlara söykənən analitik mövqedir, emosional reaksiya deyil”.

ERAmedia xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, “obyektivəm”, deyənlərin çoxunda tənqid yox, travmatik subyektivlik görünür.

“Qəzəb arqumenti əvəz edir. Məsxərə, alçaltma və linç nə ədalətdir, nə də milli mövqedir. Milli olan, fərqli mövqelərə insanilik və ləyaqət çərçivəsində yanaşmaqdır. Hərçəndi, gündəm üçün yaşayanlara maraqlı deyil belə milli prinsiplər…  Bir sözün adı gündəm ola, tarix olmaya, nə gözləyirsiniz?!”, – deyə o əlavə edib.

M.Zeynalova məsləhət görüb ki, çalışın, tarix yaradın, gündəm yox:

“Baş verən istənilən hadisədə daha çox, aqressiv kimlik davranışlarının artımı adamı narahat edir…. Ələlxüsus, iştirakçı tərəflərin hər birində”.


media-adspc

Bənzər xəbərlər