media-photo_5465371005879972326_x
media-bant_master

Rusiya Federasiyasının Buryatiya Respublikasında fast-fuddan zəhərlənənlərin sayı 159 nəfərdən 165-ə çatıb.

Bu barədə yerli mətbuat regional Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəhərlənənlər arasında 92 uşaq var.

Nazirlik əlavə edib ki, Respublika Klinik İnfeksiya Xəstəxanasına 82 nəfər yerləşdirilib, onlardan 32-si qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Kəskin bağırsaq infeksiyası əlamətlərinin müşahidə olunduğu ilk zərərçəkənlər oktyabrın 18-də axşam tibb müəssisəinə müraciət etməyə başlayıblar.


media-adspc

Bənzər xəbərlər