media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-qirmizi_bazar-_khojavend

Qırmızı Bazar qəsəbəsində 39 nəfərdən ibarət 10 ailə məskunlaşıb.

Bu barədə Prezidentin izi ilə Qırmızı Bazar qəsəbəsinə təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Qırmızı Bazarın 2023-cü ildə ölkə Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində azad olunmasından sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib.

Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Qəsəbədə mövcud olan 300 fərdi evdən 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq.

Hazırda qəsəbəyə ümumilikdə 39 nəfərdən ibarət 10 ailə qayıdıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər