media-kvs9yzpqjqvix4pe4rn5g7talrbww5kcblyouy2j_1200

Meksika dağ xizəyi komandasının üzvləri Sara Şleper və Lasse Xaxiola eyni Qış Olimpiya Oyunlarında yarışan ilk ana və oğul kimi tarixə düşüblər.

ERAmedia xəbər verir ki, bu barədə beynəlxalq KİV-lər məlumat yayıb.

Fevralın 16-da 18 yaşlı Xaxiola slalom yarışında çıxış edib, lakin ikinci cəhddə məsafəni uğurla başa vura bilməyib. Daha əvvəl – fevralın 12-də 46 yaşlı Şleper İtaliyada keçirilən supergiqant yarışında 1 dəqiqə 31,37 saniyə nəticə göstərərək 26-cı yeri tutub.

Qeyd edək ki, Sara Şleper daha əvvəl yeddi Qış Olimpiya Oyunlarında iştirak edən ilk dağ xizəkçisi kimi də tarixə düşüb.


media-adspc

Bənzər xəbərlər