“Qlobal Koreya” təqaüd proqramı elan edilir
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” təqaüd proqramını elan edir.
ERAmedia xəbər verir ki, proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Müraciətlər sentyabrın 15-i saat 06:00-dan sentyabrın 30-u saat 13:00-dək Azərbaycan vaxtı ilə yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə həyata keçiriləcək.
Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqlənmiş sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Sənədlərin təqdim edilməsi üçün son tarix, sənədlərin yoxlanılması və müsahibə qrafiki səfirliyin rəsmi internet səhifəsində ayrıca elan ediləcək.
Təqaüd proqramı universitet üzrə təhsil haqqını, Koreya dili hazırlıq proqramını, proqram qaydalarına uyğun ekonom sinif aviabileti xərclərini və yaşayış, yerləşmə, tibbi sığorta və digər nəzərdə tutulan xərcləri əhatə edən aylıq təqaüdü təmin edir. Təhsil müddəti birillik Koreya dili hazırlığından sonra bakalavriat üzrə 4–6 il təşkil edir.
Proqram barədə ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək olar:










