media-1765782510_nura-suri

Bloklarda təmir və məişət işləri zamanı yaranan səs-küy və digər narahatlıqlarla bağlı qonşular arasında anlaşılmazlıqlar bəzən ciddi narazılıqlara səbəb olur.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri yaşadığı binada alt qonşunun hər dəfə yaranan istənilən problemi avtomatik olaraq onların mənzilindən qaynaqlandığını düşündüyünü bildirib.

Onun sözlərinə görə, qonşu evdə təmir, mebel quraşdırılması və ya gündəlik səs-küy kimi hallarda dərhal şikayətlə müraciət edir və izah edilsə belə, fikrini dəyişmir. Müğənni əlavə edib ki, hətta qarşı tərəf dəfələrlə evə dəvət olunaraq vəziyyəti yerində görüb, sakitlik olduğunu təsdiqləsə də, yenə də şübhələr davam edir.

Nura Suri həmçinin qeyd edib ki, yağışlı və küləkli havalarda pəncərələrdən su sızması kimi hallarda da məsuliyyət onların üzərinə qoyulur, halbuki problem binanın xarici şəraiti və texniki vəziyyəti ilə bağlı ola bilər.

Müğənni bu vəziyyətin onu düşündürdüyünü vurğulayaraq bildirib ki, bəzən məqsəd real problemi araşdırmaq deyil, sadəcə bir “günahkar” tapmaq olur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər