Quba - Xınalıq yolu BU GÜN - FOTO
Qubanın hazırda qarlı hava şəraiti hökm sürən Xınalıq kəndindən yeni fotolar yayımlanıb.
ERAmedia xəbər verir ki, kadrları fotoqraf Lyokin lentə alıb.
“Xınalıq yolunun bəzi hissələrində yağan qarın hündürlüyü 3 metrə çatıb. Hazırda dağ kəndlərinə gedən bu vacib yol ağır texnika vasitəsilə təmizlənir”, – o sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.















