media-062416

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə, bu istiqamətdə yerləşən təxminən 25 kəndlə əlaqə kəsilib.

 

 

Hazırda aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar və fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

ERAmedia xəbər verir ki, “Əhalinin gediş-gəlişi çətinləşib. Hədsiz dərəcədə çox sürüşmə baş verib. Əvvəllər burada belə bir hal müşahidə olunmamışdı”, – deyə kənd sakini Baku TV-yə bildirib.

Başqa bir sakin isə qeyd edib ki, sürüşmə gecə saatlarında baş verib.


media-adspc

Bənzər xəbərlər