media-pycakyfp9owt2qgtgzhzwqqqjtnmn2fpieh2xq4v_1200
media-bant_master

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elnur Mehdi oğlu Abbasov sürdüyü motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra VAZ-2107 markalı minik avtomobilinə çırpılıb.

Nəticədə, E.Abbasov özünü xilas etmək məqsədilə minik vasitəsindən tullanıb. Bu zaman H.Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq həlak olub.

Faktla bağlı araşdırma aparılır.

media-dpiyuzpbszexr7rfphr1sousp3drfst5xwhfnnii_640


media-adspc

Bənzər xəbərlər