Qubada maqnitudası 4,9 zəlzələ baş verib
Quba rayonunda zəlzələ qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:56-da baş verən zəlzələnin maqnitudası 4,9 olub, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.










