media-17892063443700730180_1200x630

“II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026” öz işini Qubada davam etdirir.

“EkoSfera” Ekoloji-Sosial Mərkəzindən ERAmedia-ya verilən xəbərə görə, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilən tədbirin ikinci günü Milli Gənclər Bəyanatının hazırlanmasına həsr olunub.

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil olunan tədbirin rəsmi açılış mərasimi sentyabrın 11-də ADA Universitetində keçirilib.

“LCOY Azerbaijan 2026”nın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci il Azərbaycanda konfransın təşkilatçısı kimi seçilib.


media-adspc

Bənzər xəbərlər