media-17925846043746047405_1200x630

Quba rayonunda qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti dayandırılıb, onların inventar və avadanlıqlarının, eləcə də müvafiq texnikalarının sökülərək ərazidən çıxarılmasına başlanılıb.

ERAmedia-ya Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti təşkilatların məsul şəxslərindən ibarət komissiya tərəfindən rayon ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti ətraflı araşdırılıb. Qanun pozuntuları aşkarlanan karxanalara rəsmi xəbərdarlıqlar təqdim edilib, onların fəaliyyətlərinin tam dayandırılması və əraziləri boşaltmaları tələb olunub.

Qeyd olunan istiqamətdə işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Aidiyyəti şəxslərə bu barədə bir daha ciddi xəbərdarlıq edilib.


media-adspc

Bənzər xəbərlər