media-qezzzzxxxppppppppppppppppppp

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

 ERAmedia “Qafqazinfo” -ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobil ilə “İveco” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların arasında azyaşlı uşaq da var.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər