media-1783413666163931281_1200x630

Qubada fəaliyyət göstərən Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqlərin keçirildiyi idman zalı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

ERAmedia xəbər verir ki, Azərbaycan Güləş Federasiyası tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib. Bununla əlaqədar yenilənmiş zala baxış keçirilib.

Klubun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq prosesi və klubun fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüş zamanı Qubada güləş ənənələrinin daha da inkişaf etdirilməsi, yunan-Roma güləşi ilə yanaşı, sərbəst və qadın güləşi bölmələrinin də fəaliyyətə başlaması istiqamətində görüləcək işlər müzakirə olunub.

Yenilənmiş zalın gənc güləşçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bölgədə güləşin kütləviliyinin artırılmasına və perspektivli idmançıların yetişdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.


media-adspc

Bənzər xəbərlər