Qubadlı rayonunun Mahruzlu kəndi belə olacaq - VİDEO
Qubadlı rayonunun işğaldan azad olunmuş Mahruzlu kəndində həyat yenidən canlanır. Uzun illər boş qalan bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Mahruzlunu müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanına çevirir.
Artıq Mahruzlu kəndində işlərin 70 faizi görülüb. Tezliklə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış kənd sakinləri Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş yurd-yuvalarına qayıdacaqlar.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunacaq.
Polad Poladlı
ERAmedia Mahruzlu kəndinin vizual görünüşünü təqdim edir:









