media-kol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.

ERAmedia QOL.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.

Bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub.

Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra qəbul edilib.

Qeyd edək ki, Abbas Hüseynov həm də, Q. Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir.

 


media-adspc

Bənzər xəbərlər