media-qle6imebmhsvrw7q7wl7z8ohlnmcjnyhnrj15vcq_1200
media-bant_master

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bu şəhərdə”nin konsertində onun bağlı hazırlanmış səhnəciyə reaksiya verib.

ERAmedia xəbər verir ki, bu barədə o, Premyer Liqanın XII turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.

“Kiminsə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm”, – deyə Qurban Qurbanov bildirib.

Qeyd edək ki, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun noyabrın 15-də Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizod sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub.

Tamaşaçılar arasında səhnəyə münasibət birmənalı olmayıb. Bir qisim onu adi satira kimi dəyərləndirib, digər tərəf isə məşqçi obrazının bu formada təqdim edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edib.


media-adspc

Bənzər xəbərlər