media-66fba197ec89a66fba197ec89b172776693566fba197ec89866fba197ec899

media-1718955593_fazil-mustafa

Xəbər verdiyimiz kimi, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

ERAmedia xəbər verir ki, oyun barədə təəssüratını bölüşən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, “Qarabağ” yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı, 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı.

Deputat qeyd edib ki, bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir.

“İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi.

Bu arada görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1-2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3-2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu. Hakimin avara hərəkətləri də komandamızı sındıra bilmədi. Bu cür oyunlardan sonra “Qalatasaray”dan, “Fənərbaxça”dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm”, – deyə o əlavə edib.

F.Mustafa vurğulayıb ki, artıq Türk dünyasında “Qarabağ”a həm “Qarabağsaray”, həm də “Fənərbağça” kimi baxılır.

“Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir. Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Düran, Yankoviç, Silva, Bəhlul- daha kimi deyim- hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar- bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər