media-photo_5368433203170972921_y

Məşhur maliyyə yazarı Erkan Öz ABŞ ordusunun yüksək rəhbərliyində baş verən gözlənilməz istefa qərarının arxa planı ilə bağlı səs-küylü iddia irəli sürüb.

ERAmedia-nın məlumatına görə, Öz bildirib ki, ABŞ Müdafiə naziri Pete Hegseth tərəfindən Quru qoşunları komandanı Rendi Corcun vəzifə müddəti başa çatmadan uzaqlaşdırılmasının əsas səbəbi İranla bağlı quru əməliyyatı planıdır.

Erkan Öz davam edən İran müharibəsi fonunda baş verən bu mühüm kadr dəyişikliyini “təmizləmə” kimi qiymətləndirib. Onun sözlərinə görə, general Rendi Corc normalda 2027-ci ilə qədər davam etməli olan vəzifəsindən, ehtimal ki, İranı birbaşa hədəf alan quru əməliyyatına qarşı çıxdığı üçün uzaqlaşdırılıb.

Özün analizinə görə, Pentaqondakı mülki rəhbərlik (Heqset və komandası) müharibəni daha yüksək mərhələyə qaldıraraq qurudan müdaxilə planlaşdırdığı halda, sahədəki ən yüksək rütbəli hərbçi olan Rendi Corcun bu riskə qarşı çıxması onun vəzifədən kənarlaşdırılmasına səbəb olub.

“Adam böyük ehtimalla İrana qarşı quru əməliyyatına etiraz etdiyi üçün işdən çıxarılıb…”, – deyə yazar bildirib.

Analizdə diqqət çəkən digər məqam isə zamanlamadır. Müharibənin ən gərgin dövründə əsas komanda heyətində edilən bu dəyişiklik ordudaxili doktrina qarşıdurmasını açıq şəkildə üzə çıxarır. Erkan Özün bu qiymətləndirməsi ABŞ-ın bundan sonrakı addımlarının daha sərt və “quru yönümlü” ola biləcəyinə dair həm bazarlara, həm də hərbi dairələrə bir xəbərdarlıq kimi dəyərləndirilir.

Vural


media-adspc

Bənzər xəbərlər