media-1766993582-qus-qripi-xesteliyine-qarsi-epizootoloji-monitorinq-kecirilecek-1764250905
media-bant_master

Gələn il yanvarın 12-dən 16-dək respublika ərazisində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.

Bu barədə ERAmedia-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Tədbir müddətində götürülmüş nümunələr laborator müayinələrə cəlb olunacaq.


media-adspc

Bənzər xəbərlər