media-1770210866_698343e0e907c698343e0e907d1770210272698343e0e907a698343e0e907b

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

ERAmedia Modern.az-a istinadən xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı “Lada” markalı minik avtomobilinə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər