Ramazan ayında fikir ayrılığı – Bəzi ölkələr tarixi önə çəkdi
İslam dünyasında Ramazan ayının başlanğıcı bu il də fərqli tarixlərlə qeyd olunur.
ERAmedia xəbər verir ki, Səudiyyə Ərəbistanı Ayın müşahidə edildiyini açıqlayaraq 18 fevralı ilk oruc günü elan edib. Türkiyə və İran isə Ramazan ayının fevralın 19-da Ramazan ayının ilk gününün orucunun tutulacağını bildirib. Türkiyədə müsəlmanlar bu gecə ilk saxura qalxacaq və fevralın 19-da ilk oruclarını tutacaqlar.
Ramazan ayının başlanğıcını müəyyən etmək üçün bir çox ölkədə Ayın görünməsi müşahidələri aparılıb. Aparılan qiymətləndirmələr nəticəsində bəzi ölkələr bu günü, bəziləri isə sabahı Ramazanın ilk günü kimi qəbul edib.
Səudiyyə Ərəbistanı rəsmiləri Təmir bölgəsində Ramazan hilalının görüldüyünü açıqlayıb. Səudiyyə Ərəbistanı Ali Məhkəməsi bu təsbitdən sonra 18 fevralı Ramazanın ilk günü olduğunu rəsmi şəkildə elan edib.
Səudiyyə Ərəbistanı ilə birlikdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, İraq, Bəhreyn, Küveyt və Livan da bu gün oruca başlayacaqlarını açıqlayıblar.
Türkiyə Dini İşlər Komitəsi isə Ramazan ayının başlanğıcını 19 fevral olaraq müəyyən edib.
İranda da oxşar açıqlama verilib. İran dini lideri Əli Xamneyi ofisi hilalın çərşənbə günü elmi məlumatlara görə görünməyəcəyini bildirərək Ramazanın sabah başlayacağını açıqlayıb.
Türkiyə və İrandan başqa Oman, İndoneziya, Malayziya, Sinqapur, Avstraliya, Yaponiya və Brunei də Cümə axşamı gününü Ramazanın ilk günü kimi qəbul edib.
Türkiyənin Din İşləri Ali Şurası 2026-cı ilin Ramazan ayının hilalının 18 fevralda ilk dəfə Sakit okean bölgəsindən görünə biləcəyini müəyyən edib. Şura hilalın Türkiyə vaxtı ilə saat 06:42-də görünə biləcəyini açıqlayıb. Bu qiymətləndirməyə əsaslanaraq 19 fevralda Ramazanın birinci günü olduğu bildirilib.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının ilk orucunun fevralın 19-da tutulacağı barədə fətva verib.
Qeyd edək ki, Ramazan ayı hicri-qəməri təqvimə görə müəyyən olunur. Hicri təqvimdə ayların başlanğıcı ayın hərəkətlərinə görə təyin edilir. Buna görə də hər il miladi təqvimə görə Ramazanın tarixi dəyişir.
İslam hüququnda yeni ayın başlanğıcını müəyyən etmək üçün iki fərqli yanaşma mövcuddur. Bəzi ölkələr Ayın açıq gözlə görünməsini əsas götürür, bəziləri isə astronomik hesablamalara əsaslanır. Bu metod fərqi Ramazanın başlanğıc günü bəzən fərqliliklərə səbəb olur.
Əlihüseyn Salam










