Ramil Səfərovun həbsxanadakı müsahibəsindən nadir görüntü - FOTO
Ramil Səfərovun 2011-ci ildə Macarıstan həbsxanasında bu ölkənin jurnalistinə müsahibə verdiyi görüntülər yayılıb.
ERAmedia xəbər verir ki, fotoda Ramil Səfərovun müsahibə zamanı jurnalistin suallarını cavablandırdığı görünür. Görüş zamanı jurnalist qeydlər aparır, Səfərov isə söhbət əsnasında fikirlərini izah edir.
Müsahibənin keçirildiyi məkanda kitab rəfləri və musiqi aləti də diqqət çəkir. Kadrlardan müsahibənin həbsxananın xüsusi ayrılmış otaqlarından birində baş tutduğu görünür.
Qeyd edək ki, foto 2011-ci ilə aiddir və Ramil Səfərovun Macarıstanda həbsdə olduğu dövrü əks etdirir.
Mələk Onur










