media-videoedited
media-zo8znf1dnlgjdu2blifep17g8b0ei6w8wdtcsr8e_1200
media-shehidler_olmez_baner_full

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi “Dinşünaslıq” ixtisasının I kurs tələbəsi Aytac Əlizadənin ailəsini ziyarət ediblər.

ERAmedia xəbər verir ki, İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində baş tutan ziyarət zamanı komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib. O, ali təhsil müəssisələrində tələbələrin savadlı kadr kimi yetişmələri üçün hər cür şərait yaradıldığını bildirib: “Azərbaycan dövlətinin əsas məqsədi gənclərin vətənpərvər, milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmaqdır. Bu layihə tələbələrə mənəvi dəstəyi ifadə etməyə, onlarla daha səmimi ünsiyyət qurmağa imkan yaradan sosial-psixoloji təhsil təşəbbüsüdür. Artıq ənənə halını almış bu layihə Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin öz üzərində daha səylə işləmələrinə, şəxsi inkişaflarına xüsusi diqqət yetirmələrinə stimul verəcək”.

Tələbənin valideynləri Azərbaycan İlahiyyat İnstutunda gənclərin təhsil alması üçün unikal imkanlar təqdim olunduğunu və hərtərəfli şərait yaradıldığını qeyd edərək, Azərbaycan dövlətinə minnətdar olduqlarını ifadə ediblər.

İnstitutda tələbələr üçün yüksək təqaüdlər və qidalanma üçün əlavə ödənişlər sisteminin mövcud olmasını dövlətin xüsusi qayğısının nümunəsi kimi yüksək qimətləndirdiklərini vurğulayıblar.


media-adspc

Bənzər xəbərlər