Ramin Məmmədov Cəlilabadda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
ERAmedia xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kursunun yaradılması, dini təhsil, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidə dini ədəbiyyat verilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.