media-videoedited
media-t1zcmuqvpe2dosisqv14ab6mnsctivfmxqg5kebt_825
media-shehidler_olmez_baner_full

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.

ERAmedia xəbər verir ki, qəbul zamanı Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarından olan vətəndaşlar dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın kitablarla təmin edilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər