media-videoedited
media-1647427251_ramiz
media-shehidler_olmez_baner_full

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

ERAmedia “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

***

22:22

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

ERAmedia xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər