media-1760533326_ramizmehdiyevamea

Səs yazısı Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı hazırladığı və bunu Rusiyaya təklif etdiyini sübut edir.

ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Mehdiyevin səs yazısında diqqətçəkən məqamlar var.

“Mehdiyevin Rusiyada köməkçisi vasitəsilə çevriliş planını çatdırmaq istədiyi şəxs kimdir: Rusiyanın siyasi rəhbərliyi, yoxsa xüsusi xidmət orqanlarının rəhbərlidir?!

Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan xanım Mehdiyevin çevriliş planına tərəddüdlə yanaşır, “bu, sizin daxili işinizdir, öz aranızda necəsə həll edin” deyir. Buradan bir neçə nəticə çıxır: ya Rusiya tərəfini təmsil erdən şəxs danışığın qeydə alınması riskinə görə belə deyir, ya da Mehdiyevin planı Moskvanın maraqlarına uyğun olmadığı üçün birmənalı qarşılanmır; Mehdiyevin israrı da bunu deməyə əsas verir”, – deyə o bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər