Ramzan Kadırovun Bakı səfəri və regional əlaqələrin əhəmiyyəti - ŞƏRH

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 2026-cı il oktyabrın 10-da Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü regionun siyasi və humanitar əlaqələri baxımından diqqət çəkən hadisələrdən biri olub.
Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Ramil Orucov deyib.
Qeyd edib ki, görüş zamanı Azərbaycanla Rusiya arasında münasibətlər, xalqlar arasında tarixi dostluq əlaqələri və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı ulu öndər Heydər Əliyev və Əhməd Kadırov arasında mövcud olmuş münasibətlər də xatırlanıb. Bu məqam tarixi əlaqələrin bugünkü münasibətlər kontekstində də öz əhəmiyyətini saxladığını nümayiş etdirir.
Səfər zamanı Bakı–Qroznı təyyarə qəzası ilə bağlı məsələyə də toxunulub. Bu faciə hər iki tərəf üçün həssas mövzulardan biridir və görüşdə onun xatırlanması və bir daha başsağlığı verilməsi diqqət çəkən məqamlardandır.
Azərbaycan və Rusiya arasında münasibətlər siyasi, iqtisadi, humanitar və regional əməkdaşlıq kimi müxtəlif istiqamətləri əhatə edir. Çeçenistan Respublikasının rəhbərinin Bakı səfəri də bu əlaqələrin daha geniş mənzərəsi daxilində diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər.
Ümumilikdə, səfər zamanı səsləndirilən fikirlər və müzakirə olunan məsələlər Azərbaycanla Rusiya arasında mövcud əlaqələrin tarixi və humanitar tərəflərini bir daha gündəmə gətirib deyə Ramil Orucov əlavə edib.
Məkək Onur










