Rasim Balayev dəfn edilib

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.
ERAmedia xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.
***
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
ERAmedia xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.










