Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq | Azərbaycan və Türkiyə diaspor sahəsində fəal əməkdaşlıq edir | “iPhone 18”in qiyməti açıqlanıb - VİDEO | Suqovuşanda müasir yaşayış və sosial infrastruktur yaradılıb | Dubayda Ərəb Media Sammiti keçiriləcək | XIV Beynəlxalq Altay topluluqları simpoziumu keçirilir | Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək | İraq OPEC-dən tələb edir | Vuçiç ölkə parlamentini buraxıb | Sudan səmərəli istifadəni təkmilləşdirməliyik - Muxtar Babayev | Onlar beynəlxalq dərəcəli güləş hakimləri oldular | Türkiyə futbolunda İLK | Qanunsuz ov edən şəxslər saxlanılıblar | Fransada nazirlərin maaşları azaldılacaq | ...hündürlükdən yerə yıxılaraq həyatlarını itiriblər - VİDEO | Nəcəf Nəcəfovun barelyefi oğurlayan şəxs tutulub | İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib | Mikayıl Cabbarov Roland Prays ilə görüşüb | AQTA fermerlərə və sahibkarlara çağırış edib | Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir
media-539261536_1312572776904439_1419709773816880683_n
Regionun ardıcıl müharibələr və böhranlarla üzləşdiyi bir dövrdə güclü iqtisadiyyatı, inkişaf etmiş infrastrukturu, təcrübəli dövlət institutları və peşəkar kadr potensialı ilə Türkiyə “sabitlik adası” olaraq qalır. Bu gün biz son 23 ildə həyata keçirilən uğurlu siyasətin, o cümlədən müdafiə sənayesi sahəsində atılan addımların nəticələrini görürük.

 

ERAmedia xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramı münasibətilə ünvanladığı təbrik müraciətində yer alıb.

Onun sözlərinə görə, qeyd olunan dövrdə Türkiyənin ÜDM-i 238 milyard dollardan 1,6 trilyon dollara yüksəlib, ixrac həcmi isə 36 milyard dollardan 276 milyard dollara çatıb. Eyni zamanda, müdafiə sənayesi məhsullarının xaricə ixracı 248 milyon dollardan 10 milyard dollara qədər artıb.

“Türkiyə yalnız az sayda ölkənin nail ola bildiyi silsilə uğurlarını davam etdirir”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident Türkiyənin “regionu bürüyən dumanın çəkilməsi ilə” formalaşacaq yeni dövrün “ən parlaq ulduzlarından birinə” çevriləcəyinə əminliyini ifadə edib.

“Bu məqsədə nail olmaq üçün əlimizdən gələni edirik. Bu gün “Terrorsuz Türkiyə” təşəbbüsünün əhəmiyyəti heç vaxt olmadığı qədər aydın dərk olunur. Bu tarixi proses Türkiyənin daxilində sabitliyin möhkəmlənməsinə və imperialist qüvvələrin ölkəmizin hüdudlarından kənarda qurduğu oyunların qarşısının alınmasına töhfə verir. Ölkəmizə 2 trilyon dollar iqtisadi zərər vurmuş bu problemi ölkənin gündəmindən çıxarmaqda qətiyyətliyik”, – deyə Ərdoğan bildirib.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop