media-16854636503758942469_1200x630

Cənubi Qafqaz regionunda, qonşuluğumuzda müxtəlif proseslər baş verir. Avropa İttifaqının Ermənistanda fəaliyyətə başlayan missiyası Ermənistan–Azərbaycan sərhəd xəttində vəziyyətin izlənməsi, məlumatların toplanması və ümumi müşahidə funksiyalarını həyata keçirir.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev İnsan hüquqları komitəsinin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər barədə danışarkən bildirib.

O qeyd edib ki, son dövrlərdə Avropa İttifaqının ikinci bir təşəbbüsü də gündəmə gəlib. Bu missiyanın məqsədi daha çox Ermənistanın institusional dayanıqlılığının gücləndirilməsi kimi təqdim olunur. Buraya dövlət qurumlarına məsləhət və dəstək, kibertəhlükəsizlik və ümumi idarəetmə sahələrində dayanıqlılığın artırılması kimi fəaliyyətlər daxildir.

“Bu proseslər Avropa İttifaqının Müştərək Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində həyata keçirilən təhlükəsizlik və xarici siyasət alətlərinin bir hissəsi kimi qiymətləndirilməlidir. Belə missiyaların regiondakı dinamika və təhlükəsizlik balansına müəyyən təsirləri ola bilər”, – deyə deputat əlavə edib.


media-adspc

Bənzər xəbərlər