media-698149054_4442094386115171_1132214682875865330_n
Azərbaycanın müxtəlif yerlərində yaşayan, ayrı-ayrı sahələrdə çalışan dostlarım var. Mövzu mənim üçün maraqlı olduğuna görə onlardan xahiş etmişdim ki, əgər yağışdan sonra göy qurşağı görsələr şəklini çəkib mənə göndərsinlər…
Bu günlərdə dostlarımdan göy qurşağı ilə bağlı müxtəlif vaxtlarda çəkilmiş maraqlı şəkillər aldım. Onlar şəkilləri ardıcıl olaraq Zəngilandan, Qubadlıdan, Şuşadan, Laçından və Xankəndidən çəkib göndərmişdilər.
Görünür həmin gün bu bölgələrin hər birinə yağış yağıb.
Bəli, yağıb ki, mənfur ermənilərin murdar ayaqları dəyən torpaqlarımızı yusun, təmizləsin. Yağışdan sonra yaranan göy qurşağı mənzərəsi isə işğaldan azad edilmiş torpaqlarımızın hər gün çiçəklənməsindən, rəngarəng olmasından xəbər verir…Şəkilləri çəkib göndərən dostlarıma ERAmedia kollektivi adından təşəkkür edirəm.

Xatırladaq ki, təbiətdəki ən gözəl mənzərələrdən biri olan Göy qurşağı –  atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisədir. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs isə bənövşəyi rəngdə olur.

Rasim Mədəd

media-0101


media-adspc

Bənzər xəbərlər