Repressiya qurbanı filosofun həyat yoldaşı ilə fotosu üzə çıxdı
Şair Səməd Mənsurun qardaşı oğlu, repressiya qurbanı, filosof Əhməd Kazımov və həyat yoldaşı Xədicə Vahabovanın nadir fotosu yayılıb.
ERAmedia xəbər verir ki, Xəyal Bayramlının paylaşdığı fotoda Əhməd Kazımov və Xədicə Vahabova birlikdə əks olunublar.
Tarixi foto onların həyatından bir anı əks etdirir və dövrün ictimai-mədəni mühitinə dair maraqlı vizual nümunələrdən biri hesab olunur.
Fotoya əsasən, Əhməd Kazımov və Xədicə Vahabova sənəd üzərində işləyərkən görüntüləniblər.
Qeyd edək ki, Əhməd Kazımov repressiya qurbanı kimi tarixə düşmüş filosoflardan biridir. O, tanınmış Azərbaycan şairi Səməd Mənsurun qardaşı oğlu olub.
Mələk Onur









