Rəşad İsmayılov Anaklaudia Rossbaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
ERAmedia xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub. Həmçinin ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühit Gününə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










