media-1780648480-1780647002466075106_1200x630

Regionumuzun incisi Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir. Həmin istiqamətdə ölkəmizin UNEP-lə səmərəli əməkdaşlığı mövcuddur, xüsusilə də bu məsələnin qlobal gündəliyə çıxarılması istiqamətində fəaliyyətimizi davam etdiririk.

ERAmedia xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Nazir Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycanın 3 Xəzəryanı ölkə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli İşçi qrupları yaradıldığını, həmin qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyətin nəzərdə tutulduğunu vurğulayıb.


media-adspc

Bənzər xəbərlər