media-839124009_1621708512720281_1065909235934650496_n

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

ERAmedia APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianın qismən təmin edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat məbləğində vəsait ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.


media-adspc

Bənzər xəbərlər