media-videoedited
media-17596727395045334914_1200x630
media-shehidler_olmez_baner_full

XI Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası interaktiv fəaliyyətlər və yazıçılarla görüşlərdə fəal iştirak edir.

ERAmedia-nın məlumatına görə, tədbirlər proqramına əsasən uşaqların maraq dairəsinə uyğun müxtəlif yaradıcı məşğələlər təşkil olunub. Uşaqlar plastilindən müxtəlif fiqurlar düzəldərək öz bacarıqlarını nümayiş etdiriblər və gildən hazırlanmış fiqurları rəngləyiblər. Bu prosesdə kitabxananın əməkdaşları uşaqlara dəstək verib.

Sərginin davamında məşhur ingilis yazıçısı və illüstrator Corciya Binq ilə oxucular arasında görüş keçirilib. Yazıçı beynəlxalq bestseller olan Molli Mun seriyasından “Molli Munun ağlagəlməz hipnotizmi”, “Molli Mun dünyanı dondurur”, “Molli Munun hipnotik zaman səyahəti”, “Molli Mun, Mikki Minus və bilik maşını”, “Molli Mun və morfinq sirri” kitabları barədə məlumat verib. C.Binq hər bir əsərinin uşaqların təxəyyülünü zənginləşdirəcəyini və onların maraq dairəsini genişləndirəcəyini vurğulayıb.

Kitabxananın stendini ziyarət edən Corciya Binq öz kitablarının nümayişindən məmnun qalıb və uşaqlara imzalı kitablar hədiyyə edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər