media-videoedited
media-560895787_1224422186386098_7045896547751654079_n
media-shehidler_olmez_baner_full
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov ABŞ-nin Yuta Ştatının Baskerville İnstitutunda “Multikulturalizm ürək diplomatiyasının təməli kimi” mövzusunda seminar keçib.
ERAmedia xəbər verir ki, hüquq, ədalət və mədəni diplomatiyaya həsr olunan seminar Baskerville İnstitutunun “Ürəklərin diplomatiyası” təşəbbüsü çərçivəsində təşkil olunub. İcraçı direktor çıxışında bildirib ki, “Ürəklərin diplomatiyası” təşəbbüsü insanlıq üçün çox mühüm bir missiyanı daşıyır, çünki dünyada sülh, qarşılıqlı etimad və əməkdaşlıq güc vasitəsilə deyil, ilk növbədə insan qəlbinə toxunan dəyərlər vasitəsilə möhkəmlənə bilər. Seminarın mövzusu “Multikulturalizm ürək diplomatiyasının təməli kimi”dir. Əslində multikulturalizm ideyası sadəcə bir siyasi model və ya dövlət siyasəti deyil, o, insanları bir-birinə bağlayan mənəvi körpüdür. Multikulturalizm fərqliliklər içində birgəliyi, müxtəlifliyin içində harmoniyanı ifadə edir. Bu mənada, multikulturalizm ürəklərin bir-birinə açılması, fərqli mədəniyyətlər arasında dialoqun təşviqi, ədalətin və qarşılıqlı hörmətin təmin olunması deməkdir”.
Rəvan Həsənov vurğulayıb ki, Azərbaycan bu dəyərləri əsrlər boyu yaşadıb: “Bizim ölkəmizdə müxtəlif mədəniyyətlərin, etnik və dini icmaların nümayəndələri əsrlərdir ki, dinc yanaşı yaşayırlar. Bu gün də dövlətimizin siyasəti bu tarixi ənənələr üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, multikulturalizm bizim həyat tərzimizdir”.
O qeyd edib ki, “Ürəklərin diplomatiyası” ilə multikulturalizmi birləşdirən məqam hər iki konsepsiyanın qarşılıqlı anlaşmaya, insani duyğulara, mənəvi dəyərlərə əsaslanmasıdır. Diplomatiyanın ən böyük gücü təkcə siyasi danışıqlarda deyil, insanların qəlbinə toxunmaqda, inamı və etimadı möhkəmləndirməkdədir. Multikulturalizm isə bu missiyanı həyata keçirmək üçün ən effektiv platformadır. Mədəni diplomatiya xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində əvəzsiz vasitədir. Biz Azərbaycanda bu təcrübəni həm ölkə daxilində, həm də beynəlxalq arenada uğurla tətbiq edirik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti də məhz bu istiqamətdədir. Biz dünyada müxtəlif mədəniyyətlər arasında dialoq, qarşılıqlı öyrənmə və hörmət mühitinin formalaşmasına xidmət edirik. Dünyanın müxtəlif bölgələrində gərginliklərin, münaqişələrin davam etdiyi bir dövrdə daha çox “Ürəklərin diplomatiyası”na və multikulturalizm ruhuna ehtiyac duyuruq. Ədalət və sülhün təmin olunması üçün təkcə beynəlxalq hüquq normaları deyil, həm də insani bağlar, mənəvi körpülər lazımdır. Multikulturalizm sadəcə bir siyasət deyil, ürəkləri birləşdirən bir dəyərdir. Bu dəyəri yaşatmaqla biz xalqlar və dövlətlər arasında möhkəm sülhə və dostluğa nail ola bilərik.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər