media-ne6m1i5icpbsdoiao6jesixma8x8yynlqgxser1e
media-bant_master

Amerika Birləşmiş Ştatlarının Sionist Ravvinlər Koalisiyasının sədri ravvin Stüart Vaynblattın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

ERAmedia xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəz fəaliyyətində gənclərlə işə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur. Multikulturalizm Mərkəzi ayda iki dəfə olmaqla “Multikulturalizm” adlı veriliş də hazırlayır.  Verilişlərdə BBMM-in fəaliyyəti – görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapır. Rəvan Həsənov vurğulayıb ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, qurumun təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır.
Nümayəndə heyətinin rəhbəri ravvin Stüart Vaynblatt səmimi görüşə görə təşəkkürünü bildirib. O, Azərbaycanda multikulturalizmin dövlət səviyyəsində dəstəklənməsini yüksək qiymətləndirib və bu siyasətin dünyada sülhün, qarşılıqlı anlaşmanın və dini harmoniyanın təşviqinə mühüm töhfə verdiyini bildirib.


media-adspc

Bənzər xəbərlər