media-gsm40n8eg21pxqddww1y925ei9tdeqghhc4vtrwk
media-bant_master

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyinə həsr olunan tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədovun moderatorluğu ilə keçən tədbirdə etnik və dini icmaların rəhbərləri, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc, qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkandır. Bu dəyərlərin dövlət siyasəti səviyyəsinə qaldırılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir. Dövlətimizin multikulturalizmə verdiyi önəm nəticəsində Azərbaycan artıq beynəlxalq miqyasda tolerantlıq və birgəyaşayış nümunəsi kimi tanınır.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan xalqının ən böyük gücü onun birliyindədir. Ölkəmizdə fəaliyyət göstərən etnik və dini icmalar, o cümlədən kürd icması da bu birliyin mühüm tərkib hissəsidir. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin fəaliyyəti kürd xalqının mədəni irsinin qorunması ilə yanaşı, Azərbaycan cəmiyyətindəki həmrəyliyin möhkəmlənməsinə də xidmət edir: “35 il bir təşkilat üçün qısa zaman deyil – bu illər ərzində “Ronahi” Kürd Mədəniyyət Mərkəzi Azərbaycanın multikultural dəyərlərinin, milli həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmlənməsində önəmli rol oynayıb. Bugünkü tədbir də bu birliyin, qarşılıqlı anlayış və həmrəyliyin bariz təzahürüdür”.
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov qeyd edib ki, 35 il ərzində Mərkəz ölkəmizdə yaşayan kürdlərin mədəni irsinin qorunması, dilinin, musiqisinin, adət-ənənələrinin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. O vurğulayıb ki, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas məqsədi təkcə bir icmanın mədəniyyətini yaşatmaq deyil, həm də Azərbaycanın çoxmədəniyyətli və multikultural dəyərlərinin möhkəmlənməsinə xidmət etməkdir: “Biz, Azərbaycan kürdləri olaraq daim dövlətimizin və Prezidentimizin diqqətini, qayğısını hiss edirik. Bu münasibətlə mən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də dövlətimizin bütün müvafiq qurumlarına etnik və dini icmalara göstərilən yüksək diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”.
Digər çıxış edənlər kürd icmasının ağsaqqalı Əhməd Apiyev, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədrinin müavini Emin Xanlarov, “Talış icmasının ağsaqqalı professor İmamverdi Həmidov, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Azərbaycan Ukraina Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Ronahi” Kürd Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvləri Fəxrəddin Paşayev, Bari Fətiyev, Akif Həsənov, Yapon Məmmədov, Həsən Qasımov diqqətə çatdırıblar ki, Azərbaycanda bütün xalqlar bərabər hüquqlara malikdir, müxtəlif etnik və dini icmalar dövlətin dəstəyi ilə öz mədəni irslərini azad şəkildə yaşadır və inkişaf etdirirlər. Dövlətin multikulturalizm siyasəti sayəsində müxtəlif xalqların mədəniyyətlərinin, dillərinin və ənənələrinin qorunması üçün geniş şərait yaradılıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir və bütün icmaların sosial, mədəni və mənəvi həyatına müsbət təsir göstərir.


media-adspc

Bənzər xəbərlər