media-videoedited
media-559719446_1226981576130159_9062692703292084518_n
media-shehidler_olmez_baner_full
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan nümayəndə heyətinin tərkibində Vaşinqtona rəsmi səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin Din Azadlığı Ofisində sədr Vicky Hartzler, sədrin müavini Asif Mahmood, Beynəlxalq Dini Azadlıq Komissiyasının komissarı Mohamed Elsanousi və digər əməkdaşlarla görüşüb.
ERAmedia  xəbər verir ki,  Görüşdə Nümayəndə heyətinin rəhbəri Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Paşazadə, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili idə iştirak ediblər.
Görüşdə Azərbaycanda dini etiqad azadlığının mövcud vəziyyəti, Azərbaycanın qlobal dinlərarası dialoq təşəbbüsləri, xüsusilə islamofobiya ilə mübarizədə göstərdiyi əhəmiyyətli rol barədə danışılıb. Rəvan Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirib, ölkəmizi dünyada dinlər və mədəniyyətlərarası dialoqun aparıcı mərkəzlərindən birinə çevirib.
Rəvan Həsənov həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə gördüyü işlər – elmi-tədqiqat layihələri, beynəlxalq konfranslar, tələbə proqramları və dünyada Azərbaycan multikulturalizminin tədrisi təşəbbüsləri barədə ətraflı məlumat verib.
Dövlət Departamentinin rəsmiləri Azərbaycanda dini etiqad azadlığının təmin olunması sahəsində atılan addımları yüksək qiymətləndirib, ölkənin müxtəlif konfessiyaların nümayəndələri arasında harmoniya və qarşılıqlı hörmətin nümunəsi olduğunu qeyd ediblər.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər