media-xwmy5fbowfawl7hlxc7pzptu1fahfrasctxvchof_1200
media-bant_master

Son illər uşaqlar arasında ən populyar onlayn oyun platformalarından biri olan “Roblox” valideynlər və mütəxəssislər arasında ciddi narahatlıq doğurur. Rəngarəng qrafikası, sərbəst oyun imkanları və sosial ünsiyyət funksiyaları ilə diqqətçəkən bu platformanın uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyi bildirilir.

Psixoloqların sözlərinə görə, “Roblox”un əsas təhlükəsi platformada nəzarətin zəif olmasıdır. Oyun zamanı uşaqlar tanımadıqları şəxslərlə ünsiyyət qura, yaşlarına uyğun olmayan davranış və ifadələrlə qarşılaşa bilərlər. Bu isə uşaqlarda qorxu, stres və psixoloji çaşqınlıq yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, onlayn oyunlara artan maraq uşaqların açıq havada oynadıqları ənənəvi oyunlara olan marağını xeyli azaldıb. Nəticədə sosial ünsiyyət zəifləyir, fiziki aktivlik azalır.

Texnologiyanın sürətli inkişafı həyatımızı dəyişsə də, bu dəyişikliklər bəzən mənfi nəticələrə də səbəb olur. Artıq bir çox uşaq üçün real ünsiyyətdən çox virtual mühit ön plana çıxır.

Qeyd edək ki, “Roblox” platforması təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Türkiyə, Rusiya, Çin, Cənubi və Şimali Koreya da daxil olmaqla bir sıra ölkələrdə məhdudlaşdırılıb və ya qadağan edilib.

Daha ətraflı ATV-nin videomaterialında:

 

 


media-adspc

Bənzər xəbərlər