media-photo_5399973643401497944_y

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

ERAmedia xəbər verir ki, bu barədə Reyqanın ailəsi “ABC News” telekanalına məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, Maykl Reyqan bazar günü, yanvarın 4-də, ailə üzvlərinin əhatəsində vəfat edib.

“Young America’s Foundation” təşkilatının nümayəndələrinin məlumatına əsasən, Maykl Reyqan uzun müddət onkoloji xəstəliklə mübarizə aparıb.

Maykl Reyqan keçmiş prezidentin beş övladından biri olub. Ronald Reyqan və onun birinci həyat yoldaşı, aktrisa Ceyn Uaymen onu 1945-ci il martın 18-də doğulduqdan qısa müddət sonra övladlığa götürüblər. Bu nikahdan həmçinin 2001-ci ildə vəfat etmiş Morin Reyqan adlı qızları və körpə yaşlarında dünyasını dəyişmiş Kristin Reyqan adlı övladları olub.

Vural


media-adspc

Bənzər xəbərlər