Ronaldo ilin ən yaxşı futbolçusu mükafatını qazanmasından yazdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo “Globe Soccer Awards” versiyasına görə Yaxın Şərqin ilin ən yaxşı futbolçusu mükafatını qazanması ilə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, mükafatlandırma mərasimi Dubayda keçirilib.
Ronaldo bu barədə sosial şəbəkə hesabında yazıb.
“İli başa vurmaq üçün xüsusi bir məqamdır. Məqsədlərimə çatmaq üçün hər zaman olduğu kimi eyni ehtiras və fədakarlıqla yoluma davam edirəm. Bu il ərzində məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”, – Ronaldo qeyd edib.
Qeyd edək ki, 40 yaşlı futbolçu bu il karyerasında 14-cü dəfə təqvim ili ərzində 40 qol həddini keçib. Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 10 oyunda meydana çıxıb, 12 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlihüseyn Salam










