media-150326164908_us_vs_russia_fists_624x351_thinkstock-jpg

Venesuela prezidentinin həbsindən sonra Tramp və Dövlət Departamenti gələcək planları barədə daha həvəslə danışır.

ERAmedia xəbər verir ki, Venesuelanın taleyi həll olunandan sonra ABŞ Kolumbiya və Meksika üzərində nəzarət barədə komplekssiz danışmağa başladı və Qrenlandiyaya olan hüquqlarını xatırlatdı. Rusiya diplomatiyası zəif səslə də olsa ABŞ ordusunun Latın Amerikasındakı hərəkətlərinin “qəbuledilməz olduğunu” bəyan edər-etməz Dövlət Departamenti dərhal mövqeyini X sosial media saytında rus dilində təhdidlər yerləşdirərək Rusiyaya “başından yekə” danışmamağı “məsləhət gördü”. Həmin “məsləhətində ABŞ bütün Qərb yarımkürəsini özününkü elan etdi.

Baş verənlər “yeraltı axan suların” üzə çıxması, münaqişənin açıq müstəviyə keçməsi istimətində atılan ilk addım kimi yadda qalacaq.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər