Rusiya ilk dəfə törətdiyi cinayəti etiraf etdi-Firuz Novruzov
Düşənbədəki MDB sammiti çərçivəsində Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşü təkcə Azərbaycan Respublikasının yox, Güney Qafqazın tarixində ilkə imzası ilə tarixə düşdü.
Bu fikirləri ERAmedia-ya görüşün nəticələrini şərh edən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.
Ekspert, Pekindəki ayaqüstü söhbətdən sonra Qroznı şəhəri üzərində vurulan Azərbaycan təyyarəsi ətrafındakı gərginliyin fonunda baş tutan Azərbaycan və Rusiya rəhbərlərinin görüşünü hər iki ölkə üçün əhəmiyyətli olduğu qənaətindədir: “Bu görüş beynəlxalq platformalarda təcrid vəziyyətindəki Rusiya üçün ona görə maraqlıdır ki, nüfuzu ən yüksək səviyyədə etiraf olunan Azərbaycanla münasibətləri bərpa etmək fürsəti qazandı”.
Azərbaycan Respublikasının devidentləri kimi özünü “şər maşını” olaraq dünyada təsdiq edən Rusiya Federasiyasının 10 ay əvvəl mülki təyyarəmizə vəhşi hücumunu etiraf etməsi ilə yadda qaldı: “Regionda mövcudluğunun 230-cu ilində birinci hadisədir ki, Rusiya törətdiyi cinayəti etiraf etdi və günahkarların cəzalandırılacağını bildirdi. Bu, həmçinin Prezident İlham Əliyevin etiraf olunan siyasi çəkisidir”.