media-mlini3sqgpns5bm3oodlunk7mmb8j7w2xjge9ffk_1200
media-bant_master

“Rusiya imperiyasının hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi”.

ERAmedia “Haber Global” telekanalına istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Helsinkidə türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Valtonen Fidana Finlandiyanın keçmiş prezidenti Mauno Koyvistonun “The Russian Idea” (“Rus ideyası”) adlı kitabını hədiyyə etdiyini xatırladaraq deyib:

“Bu kitabı təqdim etməyimin səbəbi odur ki, içində bir bölmə var. Orada qeyd olunur ki, Rusiya imperiyasının hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarının sözlərindən qürur duyduğunu bildirib və ona təşəkkür edib.

 


media-adspc

Bənzər xəbərlər