Rusiya və Ermənistan arasında AES tikintisi müzakirə olunur
“Atom Elektrik Stansiyasının (AES) tikintisi mövzusu Moskva ilə İrəvan arasındakı münasibətlərin gündəmində mühüm yer tutur və mütəmadi olaraq müxtəlif səviyyələrdə müzakirə edilir”.
ERAmedia xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinə istinadən məlumat yayıb.
Qaluzinin sözlərinə görə, “Rosatom” layihənin həyata keçirilməsinə ən qısa müddətdə başlamağa hazırdır və bu zaman Ermənistan tərəfinin istəkləri nəzərə alınacaq. O bildirib ki, etibarlı, artıq sınaqdan çıxmış texnologiyaların mövcudluğu, eləcə də maliyyə parametrlərinin cəlbediciliyi baxımından real alternativlər görünmür. Buraya AES-in tikintisi, sonrakı istismarı, eləcə də mütəxəssislərin hazırlanması və yenidən hazırlanması məsələləri daxildir.
Qəzet xatırladır ki, fevralın 6-da “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. Bundan əlavə, 2025-ci ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.
Vural









